Qalib ritorikasının təkrarsız nümunəsi - VİDEO

Qalib ritorikasının təkrarsız nümunəsi - VİDEO<span class="qirmizi"></span>

Ali baş komandanın rəhbərliyi altında 44 günlük vətən müharibəsində tarix yazdığımız kimi, indi də sülh hansı qaydada və şərtlərlə bağlanacaqsa Azərbaycan onu diqtə edə bilər və bunu edir. Bu sözləri MİLLƏT VƏKİLİ BƏHRUZ MƏHƏRRƏMOV Reala müsahibəsində bildirdi. Onun sözlərinə əsasən, Novruz bayramı ərəfəsində prezident İlham Əliyevin Talış kəndindən səsləndirdiyi bəyanatlar bir misaldır ki, biz istədiklərimizə nail oluruq.

Bəhruz Məhərrəmovun sözlərinə əsasən zirzəmilərdə 3 tərəfli bəyanatı imzalayan, fərari ordunun Ermənistan rəhbərliyi Rəsmi Bakı ilə revanş dilində danışmaq gücündə deyil. Tarixi torpaqlarımızı 30 il acgözcəsinə işğal altında saxlayan Ermənistan indi 29 min kvadratkilometr ərazisindən az qala ağlayaraq yapışıb. Azərbaycan yalan iddialarını böyük pullarla yağlayan ritorikanın qarşısına hər hansı güc və ya aqressiya ilə çıxmır. Əhalinin doğma torpaqlarına "Böyük" və Ömürlük Qayıdışı istənilən riyakarlığa veriləcək ən lakonik cavabdır.

Bir vaxtlar yad nəfəsinin soyuğu ilə üşüyən torpaqlarımızda indi Novruz tonqalı yurdumuzu isidir. Hər gələn Novruz bu istini daha da artıracaq, hər yeni bayramda tonqalın ətrafına yığışanlar çoxalacaq. Qalib ritorikası elə doğma torpaqlarımızda çırtıldayan tonqalın səsidir.

 

Mənbə: www.realtv.az