Çinin "sülh planı" belə reallaşa bilər: Rusiya qoşunları ya təslim olur, ya da...

Çinin "sülh planı" belə reallaşa bilər: Rusiya qoşunları ya təslim olur, ya da...<span class="qirmizi"></span>

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov əmindir ki, Çinin Ukraynadakı müharibə ilə bağlı hazırladığı “sülh planını” həyata keçirmək üçün Rusiya ya təslim olmalı, ya da qoşunlarını ölkə ərazisindən çıxarmalıdır.

Publika.az xəbər verir ki, bu barədə o, "Twitter" hesabında yazıb.

"Çinin "sülh planı"nın uğurla həyata keçirilməsinin düsturu budur: birinci və əsas məqam beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə uyğun olaraq Rusiya işğalçı qoşunlarının təslim olması və ya işğal olunmuş ərazilərdən çıxarılmasıdır", - Danilov deyib.

Bu hün - martın 20-də Si Cinpin Rusiyaya səfər edib. Bu, üçüncü müddətə dövlət başçısı vəzifəsinə yenidən seçildikdən sonra onun ilk xaricə səfəridir.

Aydan

 

Mənbə: publika.az