Lavrov: "Qərb Cənubi Qafqazda bir sıra QHT-ləri maliyyələşdirir"

Lavrov:  "Qərb Cənubi Qafqazda bir sıra QHT-ləri maliyyələşdirir"<span class="qirmizi"></span>

Qərb Cənubi Qafqazda bir sıra qeyri-hökumət təşkilatlarını maliyyələşdirir. AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqların yekunlarına dair mətbuat konfransı zamanı deyib.

“Qərb dünyanın bu hissəsində (Cənubi Qafqazda. - red) hər bir regionda olduğu kimi, növbəti rəngli inqilaba hazırlıq adlandırıla biləcək fəaliyyətlərlə məşğul olan müxtəlif qeyri-hökumət təşkilatlarına maliyyə dəstəyini, o cümlədən maddi dəstəyi təşviq edir. ”, - Lavrov bildirib.

 

Mənbə: azvision.az