Zaxarova: Qərb buna görə qısqanclıqdan şişir ki...

Qərb Moskvada danışıqlarda Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpinin açılış nitqini dinləyəndə paxıllıq, qəzəb və qısqanclıq yaşadı.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O, bunu öz Teleqram kanalında qeyd edib: "Moskvadakı danışıqlarda Rusiya və Çin prezidentlərinin açılış sözlərini dinləyən Qərb həsəd, qəzəb və qısqanclıq hissi yaşadı".

Zaxarovanın sözlərinə görə, bu "qurucu" danışıqlar təkcə 2 ölkənin deyil, bütün dünyanın maraqlarına cavab verəcək.

 

 

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Roza Zərgərli valideynlərinin şəklini PAYLAŞDI - İlk dəfə – FOTO

SONRAKI XƏBƏR

Nizaməddin Quliyevin qardaşı oğlunun qəzadakı ölümü ilə bağlı cinayət işi açıldı