Ermənistanda yüksək vəzifəli məmurlar saxlanıldılar

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi İrəvan meriyası aparatının keçmiş rəhbəri Seyran Mejlumyanı və Şəhərsalma və Memarlıq şöbəsinin rəisi səlahiyyətlərini icra edən David Dallakyanı saxlayıb.

Həmin şəxslərin saxlanılmasının təfərrüatı və səbəbləri açıqlamayıb.

Qeyd edək ki, Seyran Mejlumyan ötən cümə günü, mer Hraçya Sarkisyanın istefasından sonra vəzifəsindən getdiyini açıqlamışdı.

Mənbə: Sputnik Ermənistan

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Slovakiyanın neft emalı zavodunda Azərbaycan nefti emal ediləcək

SONRAKI XƏBƏR

Polis Trampa qarşı mümkün ittihamlarla əlaqədar Konqresin müdafiəsini artıracaq