Novruz bayramı Moldovada qeyd olunub - VİDEO

Novruz bayramı Moldovada qeyd olunub - VİDEO<span class="qirmizi"></span>

Moldova Azərbaycanlıları Konqresi Azərbaycanın ən sevincli milli bayramlarından biri olan Novruz bayramına, yazın gəlişi və yeni ilin gəlişi, həyatın oyanması və istiliyin soyuq üzərində qələbəsi münasibətilə böyük şənlik təşkil edib. Son bir neçə ildə ağır epidemioloji vəziyyətə görə, sonra isə Ukrayna xalqı ilə həmrəylik səbəbindən Novruz paytaxt Kişinyovda təmtəraqlı qeyd olunmurdu. Bu il isə bayram rekord sayda qonaqla qeyd edilib. 450-dən çox insan Novruz şənliyinin sevincini bölüşmək üçün toplaşıb. Onların arasında Azərbaycan icmasının üzvləri, eləcə də Moldovanın rəsmi şəxsləri iştirak ediblər. Tədbiri giriş sözü ilə Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov açıb. O bildirib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində Novruz xüsusi yer tutur. Elçin Bayramov həmçinin konqresin Moldovadakı uğurlu fəaliyyətindən danışaraq qeyd edib ki, Azərbaycan icması Moldovada ən həmrəy və ictimai fəallardan biridir.

Daha Sonra rəsmi şəxslərin iştirakı ilə tədbirin təntənəli hissəsi keçirilib. Məktəblilərinin təqdim etdiyi “Səməni”, “Arşın mal alan”, “Məzəli rəqs”, “Yallı” milli Azərbaycan rəqsləri təqdim olunub. Ənənəvi keçəl, kosa, bahar qızı personajları ilə tamaşa səhnələşdirilib.
Qonaqlar daha sonar Novruz temalı foto zonada fotosessiya etmək imkanı qazanıblar. Ləzzətli bufeti bəzəyən şirniyyatlardan dadıblar. Tədbir Novruz bayramı üçün ənənəvi olan ritual - odun üstündən tullanma ilə başa çatıb.

Mənbə: www.realtv.az