Gürcüstan Prezidenti Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib

Gürcüstan Prezidenti Salome Zurabişvili Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Salome Zurabişvili bayram münasibətilə “Facebook” səhifəsində paylaşım edib.

"Bu gün yazın gəlişini qeyd edən Azərbaycan icmasından soydaşlarımızı və bütün qonaqlarımızı təbrik edirəm...Qoy bu bayram yeni başlanğıc, yeni həyat, yeni enerji və yaxşı münasibətlər gətirsin" , - deyə Prezident qeyd edib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

İsveç millisinin baş məşqçisi: “Azərbaycan önündə seriyanı davam etdirmək istəyirik”

SONRAKI XƏBƏR

Tanınmış müğənninin instaqramda izləyicilərinin sayı 400 milyon oldu - FOTO