Si Cinpinq Putin və Mişustini Çinə dəvət edib

Si Cinpinq Putin və Mişustini Çinə dəvət edib<span class="qirmizi"></span>

Çin prezidenti Si Cinpinq Rusiya prezidenti Vladimir Putini bu il Çinə dəvət edib.

Bizimyol.info xəbər verir ki, o bu barədə çərşənbə axşamı Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündə deyib.

“Dünən mən prezident Putini bu il onun üçün əlverişli vaxtda Çinə səfərə dəvət etdim, çünki Çin bu il “Bir kəmər və bir yol” təşəbbüsü çərçivəsində üçüncü beynəlxalq foruma ev sahibliyi edəcək. Prezident Putin əvvəlki iki forumda iştirak edib", - Si Cinpinq bildirib.

Çin prezidenti həmçinin Rusiya hökumətinin başçısını sıx əlaqələr yaratmaq üçün tezliklə Çinə səfər etməyə dəvət edib: “Dövlət Şurasının yeni baş naziri Li Qianqla sıx əlaqələr qurmaq üçün sizi mümkün qədər tez Çinə səfərə dəvət edirəm", - deyə Çin lideri bildirib. Mişustin Si Cinpinin dəvətini qəbul edib.

Si Cinpinin sözlərinə görə, iki ölkənin hökumət başçıları arasında müntəzəm görüşlər mexanizmini bərpa etmək lazımdır. Çin prezidenti həmçinin qeyd edib ki, bu il aktivləşdirilməli olan ikitərəfli əməkdaşlığın başqa mexanizmləri də var.

Çin liderinin qeyd edib ki, “Bir kəmər, bir yol” təşəbbüsü həmişə “Çin və Rusiya arasında təmaslarda mühüm əməkdaşlıq sahəsi” olub.

Keçən ilin noyabrında Çin prezidenti Banqkokda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) iqtisadi liderlərinin 29-cu qeyri-rəsmi görüşündə demişdi ki, Çin 2023-cü ildə “Bir kəmər - bir yol” üçüncü beynəlxalq forumunun keçirilməsi imkanlarını araşdıracaq.

İlk “Bir kəmər və bir yol” Forumu 2017-ci ilin may ayında Pekində Rusiya, Çin və Avrasiya, Afrika və Latın Amerikasının 28 ölkəsinin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə keçirilib. İkinci forum 2019-cu ilin aprelində Çinin paytaxtında keçirilib.

“Bir kəmər, bir yol” təşəbbüsü 2013-cü ildə Si Cinpinq tərəfindən təklif edilən konsepsiyadır və məqsədi daha çox ölkənin cəlb olunduğu beynəlxalq ticarət və investisiya layihələrini aktivləşdirmək və maraqlı dövlətlərin kapitalından istifadə etməkdir. Artıq 150-dən çox ölkə və beynəlxalq təşkilatlar ona qoşulub.

Qadir, Bizimyol.info

Mənbə: www.bizimyol.info