Kəşfiyyat rus ordusuna ayda nə qədər insanın səfərbər edildiyini açıqlayıb

Kəşfiyyat rus ordusuna ayda nə qədər insanın səfərbər edildiyini açıqlayıb<span class="qirmizi"></span>

Rusiya hakimiyyəti gizli səfərbərlik həyata keçirir və bu çağırışlar zamanı hər ay 20 minə yaxın insan səfərbər olur. Eyni zamanda, Qarşıdan gələn səfərbərlik tədbirlərinə də hazırlaşırlar.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov məlumat verib.

“Proses davam edir. Və gizli səfərbərlik zamanı işğalçılar hər ay 20 minə yaxın insanı səfərbər etməyə nail olurlar. Əlavə olaraq onlar yeni səfərbərlik tədbirlərinə də hazırlaşırlar", - deyə o qed edib.

Yusov vurğulayıb ki, bu cür hərəkətlər Rusiya ordusunun aşağı effektivliyindən xəbər verir: “Ordu səmərəsizdir, təminatsızdır, lazımi hazırlıq keçmir”, - deyə bildirib.

Yusovun fikrincə, təkcə səfərbərlik kifayət etmir. Onları hələ də öyrətmək lazımdır və Rusiya Federasiyasında kifayət qədər təlim bazası olmadığından Belarus poliqonlarından istifadə olunur. O, əlavə edib ki, səfərbər edilən rusiyalıların əhval-ruhiyyəsi çox aşağıdır.

“Onlar öz “mühafizə dəstələrinin” işini görürlər, komandanlığın səriştəsizliyini görürlər və ətraflarında böyük itkilər görürlər. Solovyovun, Skabeevanın təbliğatına heç bir ideoloji komponentdən və ya etibardan qətiyyətlə söhbət gedə bilməz. Bunlat rusları inandırmaq üçün cəbhədən gələr real xəbərlərin yanında çox zəif görünürlər", - kəşfiyyat idarəsinin nümayəndəsi bildirib.

2022-ci ilin sentyabrında Prezident Vladimir Putin tərəfindən Rusiya Federasiyasında qismən səfərbərlik elan edildi. Sonra Rusiya hakimiyyəti təxminən 300 min nəfəri - hərbi ehtiyata çağırmağı planlaşdırdı. Putinin açıqlamasından dərhal sonra çoxlu kişi Rusiya Federasiyasından qaçıb.

Bir müddət sonra Rusiya Federasiyasının Müdafiə Nazirliyi qismən səfərbərliyin başa çatdığını elan etdi. Deyirlər ki, normanı yerinə yetirib, nəzərdə tutulan kişi sayını səfərbər ediblər. Lakin, əslində, qismən səfərbərlik gizli şəkildə dayanmadan davam etdirilir.

Qadir, Bizimyol.info

Mənbə: www.bizimyol.info