Hayklar Kəlbəcərin bu kəndində belə yaşayır...-FOTOLAR

Azərbaycan Respublikası Kəlbəcər rayonunun Rusiyanın himayəsindəki 32 "yaşlı" separatçı-terrorçu rejimin faktiki işğalı altında olan Çapar kəndində kənd təsərrüfatı texnikasının azlığı səbəbindən yazlıq səpin işləri müəyyən olunmuş vaxtda başa çatdırılmayıb.

Moderator.az xəbər verir ki, bunu kəndin qanunsuz "icma rəhbəri" Vardqes Sagiyan Xankəndindəki separatçı nəşrlərdən birinin müxbirinə müsahibəsində bildirib.

"Kənddə bekar adam görməzsən. Onların əksəriyyəti kənd təsərrüfatı ilə məşğuldur. Qeyd edim ki, müharibədən sonra mal-qaranın sayı azalıb. Müharibədən əvvəlki dövrdə 700 baş mal-qaramız var idisə, bu gün 200 baş qalıb. Səbəb odur ki, heyvanlar düşmənin(Azərbaycan ordusunun-S.L.) nəzarətində olan ərazilərə gedir və beləliklə, heyvandarlığın bu sahəsini inkişaf etdirmək mümkünsüz olur.... 500-ə yaxın qoyunumuz var. Kənddə arıçılıq inkişaf edir. Ötən gün kənd təsərrüfatına dəstək fondu tərəfindən arıçılıq təsərrüfatlarına şəkər verilib”, - deyə həmsöhbətimiz bildirib.

Zəruri arayış:

Çapar- Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənddir. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çapar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

 

Toponimikası

 

Yaşayış məntəqəsini 1887-ci ildə keçmiş Zəngəzur mahalının Qaraqışlaq, Zamzur və Tatev kəndlərindən çıxmış ailələr Caparxana adlanan poct məntəqəsinin yerində salmışlar. Keçmışdə poctu aparan dövlət qulluqçularına "capar" deyilirdi.

 

Tarixi

 

Çapar kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid olub, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Çapar kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir...

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat-razılaşmaya əsasən Çapar kəndi rəsmən Rusiyanın "sülhməramlı" adlanan hərbi k

kontingentinin nəzarətindədir...

 

Sultan Laçın

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Bəhreyn və İran aviauçuşları bərpa edir

SONRAKI XƏBƏR

“Biri uşağını atıb Bakıya gəlir, biri 3 dəfə ərdə olub yenə ərə getmək istəyir” - Aqil Abbas