Putin Britaniyanın Ukraynanı uranlı mərmilərlə təmin etmək təşəbbüsünə münasibət bildirib

Putin Britaniyanın Ukraynanı uranlı mərmilərlə təmin etmək təşəbbüsünə münasibət bildirib<span class="qirmizi"></span>

“Qərb Rusiya ilə son ukraynalıya qədər sözdə deyil, əməldə vuruşmağa qərar verib”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Britaniyanın Kiyevi uranlı mərmilərlə təmin etmək təşəbbüsünə münasibət bildirərkən deyib.

"Kollektiv Qərb nüvə komponenti olan silahlardan istifadə etməyə başlayanda Rusiya buna reaksiya verməyə məcbur olacaq", - deyə Putin qeyd edib.

Mənbə: apa.az