Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərinin müsadirə etmək istəyir

Martın 23-24-də keçiriləcək Avropa İttifaqı sammitinin iştirakçıları Aİ-nin hərbi istehsal imkanlarının genişləndirilməsi və yaxın 12 ay ərzində Ukraynaya 1 milyon mərmi tədarükü planını nəzərdən keçirəcəklər.

Lent.az-ın məlumatına görə, bu barədə çərşənbə axşamı Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Aİ-nin 27 ölkəsinin liderlərinə göndərdiyi və Avropa Şurasının mətbuat xidməti tərəfindən dərc edilmiş yazılı dəvətnamədə deyilir.

Sammitdə Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi məsələlərinə də baxılacaq.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Niderlandda dövlət qulluqçularına “TikTok”dan istifadə qadağan edildi

SONRAKI XƏBƏR

Zelenski Çili Prezidenti ilə telefonla danışıb