Çin və Rusiya arasında əməkdaşlığın dərinləşdirilməsi haqqında saziş imzalandı

Çin və Rusiya arasında əməkdaşlığın dərinləşdirilməsi haqqında saziş imzalandı<span class="qirmizi"></span>

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Çin Prezidenti Si Cinpin arasında keçirilən danışıqlar təxminən üç saatdan sonra başa çatıb.

Danışıqlardan sonra dövlət başçıları iki birgə bəyanat imzalayıblar. Onlardan biri - Rusiya ilə Çin arasında hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın dərinləşdirilməsi, digəri isə 2030-cu ilə qədər əsas sahələrdə Rusiya-Çin iqtisadi əməkdaşlığının inkişafı planı haqqında olub.

Ümumilikdə, Çin prezidentinin səfəri nəticəsində Moskva ilə Pekin arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair ondan çox sənəd imzalanıb.

Qeyd edək ki, Si Cinpin və Putin arasındakı dünənki danışıqlar prosesi 4,5 saat davam edib.

Mənbə: TASS

Mənbə: www.oxu.az