Yaponiya Ukraynaya 470 milyon dollar təmənnasız yardım ayırıb

Yaponiya Ukraynaya 470 milyon dollar təmənnasız yardım ayırıb<span class="qirmizi"></span>

Yaponiya hökuməti Ukraynaya təmənnasız yardım şəklində 470 milyon dollar ayırmağa qərar verib.

APA-nın məlumatına görə, bunu Yaponiyanın baş naziri Fumio Kisida Kiyevə səfərindən sonra jurnalistlərə açıqlamasında deyib.

“Biz Ukraynaya enerji və digər sahələrdə kömək üçün 470 milyon dollar ianə verəcəyik”, - deyə Nikkei qəzeti çərşənbə günü hökumət başçısından sitat gətirib.

Bundan əvvəl Kisida Ukraynaya travmatik silahların tədarükü üçün 30 milyon dollar ayrıldığını açıqlamışdı.

Mənbə: apa.az