Szinpin Putini "Moskva knyazı" etdi - Ciddi səhv

Szinpin Putini "Moskva knyazı" etdi - <span class="qirmizi">Ciddi səhv</span>

Çin lideri Si Szinpin Moskvaya səfəri zamanı çox ciddi səhvə yol verdi. Belə ki, Szinpin Putinə daha 6 il “Moskva knyazı” damğasını vurdu.

Bu sözləri rusiyalı politoloq Andrey Piontovski bildirib.

“Szinpin çox ciddi səhv etdi. Hətta Rusiya təbliğat maşını da bunu hiss etdi. O, Putini 2024-cü ildən 2030-cu ilə qədər Moskvada altı illik hakimiyyət üçün təyin etdi”, - o bildirib.

Politoloqun sözlərinə görə, bu, görünməmiş diplomatik təcrübədir:

“Szinpin onun prezidentliyə namizədliyini dəstəklədiyinə dair bəyanatında Rusiya xalqının seçkilərdə Putini dəstəkləyəcəyinə şübhə etmədiyini bildirdi".

Piontovskinin sözlərinə görə, Si Szinpinin açıqlaması onun marağının hansı istiqamətdə olduğunu göstərdi:

“Si Szinpinin marağı nəyin bahasına olursa olsun, Putini hakimiyyətdə saxlamaq və heç bir halda Ukraynanın həlledici qələbəsinə imkan verməməkdir. Putin Uzaq Şərqi və Sibiri Çinə verəcək”.

Mənbə: axar.az