Əməkdar artist Dilarə Əliyeva bir müddət əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişən həmkarı Tünzalə Əliyevanın qızı Zəhra ilə birgə fotolarını paylaşıb.
Musavat.com xəbər verir ki, aktrisa fotoları “Zəhram” qısa şərhi ilə instaqramda izləyiciləri ilə bölüşüb. Onlar çəkiliş prosesində bir araya gəliblər.
Xatırladaq ki, bir neçə gün öncə mərhum aktrisanın qızı Zəhra Kukla Teatrının səhnəsində çıxış edib.