ABŞ prezidenti Co Bayden Çinlə əlaqə kanallarını açıq saxlamaq istəyir və Çinin onun sədri Si Cinpinin Rusiyaya səfəri bu mövqeyi dəyişməyib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
"Prezident (Co Bayden - red.) Çinlə əlaqə kanallarının açıq qalmasını istəyir. Bununla bağlı heç nə dəyişməyib", - deyə C.Kirbi bildirib.
Onun sözlərinə görə, ABŞ tərəfi Çin lideri ilə söhbəti "lazım olan vaxt" davam etdirəcək.