Putindən Qərbə xəbərdarlıq - Ukraynada nüvə komponentli silahlardan istifadə edilsə...

Putindən Qərbə xəbərdarlıq - Ukraynada nüvə komponentli silahlardan istifadə edilsə...<span class="qirmizi"></span>

Rusiya prezidenti Vladimir Putin Çin prezidenti Si Cinpinlə keçirdiyi mətbuat konfransında Qərbə xəbərdarlıq edib.

Böyük Britaniyanın Ukraynaya zəiflədilmiş uran göndərmə planını tənqid edən Putin, onlara qarşı nüvə komponentli silahlardan istifadə ediləcəyi təqdirdə buna cavab verəcəklərini ifadə edib

“Bu gün öyrəndik ki, İngiltərə müdafiə nazirinin müavininin Ukraynaya təkcə tank deyil, həm də tərkibində zəiflədilmiş uran olan zireh dağıdıcı mərmilər göndərəcəklərini söylədiyini öyrəndik. Görünür, Qərb doğrudan da “son Ukraynalıya qədər” mübarizə aparmaq qərarına gəlib. Onlar artıq təkcə sözlə deyil, əməllə də bunu göstərdilər. Amma qeyd etmək istərdim ki, bütün bunlar baş verərsə, kollektiv Qərbin nüvə komponentləri olan silahlardan istifadə etdiyini qəbul edərək, Rusiya da buna uyğun cavab vermək məcburiyyətində qalacaq” - deyə Putin bildirib.

Mənbə: www.baki-xeber.com