Ukrayna suüstü aparatlarla Sevastopola hücum etdi

Rusiya hərbçiləri bu səhər Qara dəniz donanmasına hücum edən 3 pilotsuz aparatı məhv ediblər.

Axar.az xəbər verir ki, bunu Sevastopol qubernatoru Mixail Razvojayev deyib.

“Səhər tezdən donanmamız suüstü pilotsuz silahlı aparatların hücumunu dəf edib. Ümumilikdə 3 aparat məhv edilib. Aparatlar buxtaya daxil olmağa çalışıblar. Dənizçilərimiz onların hamısını atıcı silahlarla məhv edib. Eləcə də hava hücumundan müdafiə vasitələri də işləyib”, - qubernator bildirib.

Razvojayev heç bir gəminin xəsarət almadığını bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya Bakını HƏDƏLƏDİ - Kreml Qarabağı işğal edəcəyinin MESAJINI VERDİ

SONRAKI XƏBƏR

“Hypersonix” ABŞ Müdafiə Nazirliyi üçün hipersəs PUA yaradacaq