Bu, növbəti təxribatdır - Zaxarovadan Britaniyaya etiraz

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Böyük Britaniyanın Ukraynanı uranlı sursatlarla təmin etmək qərarını şərh edib.

O, Britaniyanın bu addımını növbəti təxribat adlandırıb.

"Ukrayna ətrafında vəziyyət münaqişənin yeni mərhələsinə daxil olur. Qarşıdurma keyfiyyətcə fərqli ölçüyə keçir. Və bu, Moskvada beynəlxalq sabitliyə və sülhün qorunmasına həsr olunmuş Rusiya-Çin yüksək səviyyəli danışıqları fonunda edilir", - deyə Zaxarova bildirib.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya hökuməti büdcəni doldurmaq üçün - BİZNESDƏN PUL TOPLAYIR – YENİ QANUN

SONRAKI XƏBƏR

Bakıda avtomobilin nömrəsini oğurlayaraq pul tələb edən şəxs saxlanılıb