"Ukrayna səmasında çin "göz"ləri..." - Pekin Rusiyaya PUA-lar tədarük edir...

"Ukrayna səmasında çin "göz"ləri..." - Pekin Rusiyaya PUA-lar tədarük edir...<span class="qirmizi"></span>

"Pekin getdikcə hərbi, diplomatik və iqtisadi cəhətdən Rusiya üçün daha vacib dayağa çevrilir..."

"Rusiyaya PUA-lar tədarük edən Çin şirkətləri sanksiyalardan yan keçmək üçün ortaq vasitəçilər zəncirindən istifadə edir..."

Çin gizlincə Rusiyaya 12 milyon dollarlıq yardım edib...

Ukraynada müharibə başlanandan Çinin 70 ixracatçısı Rusiyaya 12 milyon dollarlıq müxtəlif brenddən olan pilotsuz uçuş aparatları göndərib, bu da Çin və Rusiya arasında gizli əməkdaşlıq olduğunu sübut edir.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya gömrüyündən alınan məlumatlara istinadən "The New York Times" qəzeti yazır.

"Ukraynaya hərbi müdaxilədən sonra Qərbin Rusuyaya qarşı tətbiq etdiyi sanksiyalar səmada Rusiya qırıcıları üçün ön cəbhədə gözləri kimi fəaliyyətdə olan pilotsuz uçuş aparatlarının ixracını dayandıra bilməyib", - nəşr qeyd edir.

Rusiyaya pilotsuz uçuş aparatlarını tədarük edən Çin şirkətləri sanksiyalardan yan keçmək üçün ondan artıq firmalar daxil ola biləcək ortaq vasitəçilər zəncirindən istifadə edir.

"Ehtimal ki, rəsmi satışlar qeyri-rəsmi kanallarla həm də Qazaxıstan, Pakistan və Belarus kimi Rusiyaya dost olan digər ölkələrə satılan daha geniş texnologiyalar axınının yalnız bir hissəsidir", - qəzet qeyd edir.

Nəticədə Rusiyaya sabit olaraq müxtəlif modeldən olan pilotsuz uçuş aparatları tədarük edilir və onlar dərhal Ukraynada döyüş əməliyyatları zonasına göndərilir.

Döyüş meydanında kvadrokopterlər ukraynalı hərbçilər tərəfindən vurulmadan öncə bir neçə uçuş həyata keçirir. Rusiya hətta ən sadə PUA-ların doldurulmasına artilleriya mərmiləri və kəşfiyyat balonları kimi çox ehtiyacı var, qəzet yazır.

Nəşr qeyd edir ki, hərbi, diplomatik və iqtisadi cəhətdən Pekin Rusiya üçün getdikcə daha vacib dayağa çevrilir. Məsələn, Çin Rusiya neftinin ən böyük alıcısı olaraq dolayısı ilə Ukraynaya hərbi müdaxiləni maliyyələşdirir.

Üstəlik, ötən həftə Rusiya, İran və Çin Oman körfəzində üç ölkənin hərbi-dəniz qüvvələri arasında koordinasiya və əməkdaşlıq səviyyəsinin yüksəldilməsi məqsədilə hərbi-dənuz təlimləri keçirib.

Əlavə olaraq, Rusiya və Çin dənizdə və havada müntəzəm olaraq birgə patrul xidməti keçirilməsi, habelə "iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı etimadın dərinləşdirilməsi barədə razılığa gəlib.

"Çin və Rusiya liderlərinin görüşündən öncə ABŞ-ın rəsmi şəxsləri xəbərdarlıq edib ki, Çin Ukraynada istifadə etmək üçün ölümcül silah satışının mümkünlüyünü nəzərdən keçirir", - qəzet yazır.

Əlavə edək ki, Putin Si Tszinpinlə danışıqların nəticəsi olaraq bəyan edib ki, Rusiya başqa ölkələrlə ticarətdə Çin valyutasına keçməyə hazırdır. Onun sözlərinə görə, bu gün Rusiya ilə Çinin ticarət dövriyyəsinin üçdə iki hissəsi rubl və yuanla həyata keçirilir.

Mənbə: moderator.az