Baş nazir: "Gözümüzün önündə yeni geosiyasi nizam yaranır"

Baş nazir: "Gözümüzün önündə yeni geosiyasi nizam yaranır"<span class="qirmizi"></span>

Yaponiyanın baş naziri Fumio Kişida dünən Ukraynanın paytaxtı Kiyevə səfərindən sonra Polşanın paytaxtı Varşavada həmkarı Mateuş Moravyeçki ilə görüşüb.

Bizimyol.info xəbər verir ki, iki baş nazir görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Polşanın baş naziri Moravyeçki çıxışında Polşa və Yaponiyanın Rusiyanın iki ucqar sərhədində olmasına baxmayaraq, rus imperializminin beynəlxalq nizama və dünya sülhü üçün təhlükəsini çox yaxşı anladıqlarını bildirib: “Gözümüzün önündə yeni geosiyasi nizam yaranır. Azadlıq, sabitlik və sülh mövzusunda Polşa və Yaponiya kimi həmfikir ölkələr bir-biri ilə sıx əməkdaşlıq etməlidirlər”, - deyən Moravyeçki, Çin prezidenti Si Cinpinqin Moskvaya son səfərinin onları narahat etdiyini bildirib.

Çin-Rusiya tərəfdaşlığının təhlükəli olduğunu deyən Moravyeçki, Çini beynəlxalq təcavüzkar siyasətində Rusiyaya dəstək verməməyə razı salmağa çalışdıqlarını bildirib. Polşa dövlətinin baş naziri çıxışında təhlükəsizliklə bağlı məsələlərdə davamlı iştirakına görə Yaponiyanın baş naziri Kişidaya təşəkkür edib.

Yaponiyanın baş naziri Kişida isə Rusiyanın Ukraynaya hücumunun uzadılmasında Polşanın üzərinə düşən yükün daha da artırması ilə bağlı “inkişaf yardımının rəsmi alıcısı” kimi Polşaya qarşı xüsusi mövqe tutmağa qərar verdiklərini, Polşada layihələrinin sayını artırmaq istədiklərini bildirib.

Fumio Kişida bəyan edib ki, Rusiyanın Ukraynaya təcavüzünə tez bir zamanda son qoymaq üçün Polşa kimi həmfikir ölkələr bir olub Ukraynaya kömək etməli və Rusiyaya qarşı sərt sanksiyaları davam etdirməlidir.

O, ölkəsinin Vişeqrad Qrupu, Üç Dəniz Təşəbbüsü və Buxarest Nine ilə əməkdaşlığı dərinləşdirəcəyini bəyan edib.

Qadir, Bizimyol.info

Mənbə: www.bizimyol.info