Makron xalqı baş nazirə satdı

Makron xalqı baş nazirə satdı<span class="qirmizi"></span>

Fransa prezidenti Emmanuel Makron təsdiqləyib ki, o, Fransanın baş naziri Elizabet Bornun parlamentdən yan keçərək pensiya islahatlarına qarşı etirazlara baxmayaraq ona etimad göstərir. Fransa lideri bunu TF-1 və France 2 telekanallarına müsahibəsində deyib. Onun sözlərinə görə, o, Fransa hökumətinə güvənir. Prezident qeyd edib ki, Nazirlər Kabinetinə etimadla bağlı parlamentdə bu yaxınlarda keçirilən səsvermə "alternativ çoxluğun olmadığını" göstərdi və Baş nazir hökumət komandasına rəhbərlik etməyə davam etmək üçün öz etimadından istifadə edir.

Martın 16-da Fransanın baş naziri Elizabet Born hökumətin parlamentdən yan keçərək, ölkənin pensiya yaşını 62-dən 64-ə qaldırmağa qərar verdiyini açıqlayıb. Fransada minlərlə etiraza səbəb olan pensiya islahatına görə fransızların üçdə ikisinin Nazirlər Kabinetinin istefasının tərəfdarı olduğu da bildirilib.

 

Mənbə: azvision.az