Sərhəddə atışma: erməni hərbçi məhv edildi

Sərhəddə atışma: erməni hərbçi məhv edildi<span class="qirmizi"></span>

Ermənistan ordusunun əsgəri sərhəddə güllə yarası alaraq, ölüb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 22 mart saat 16:20 radələrində Arazdəyən istiqamətində döyüş mövqeyində olan N saylı hərbi hissənin əsgəri Arşak Serejayeviç Sərkisyan aldığı güllə yarasından yerindəcə keçinib.

Ermənistan MN erməni əsgərin Azərbaycan Ordusunun açdığı atəş nəticəsində məhv edildiyini bildirib.

Azərbaycan MN hər hansı atışma barədə məlumat yaymayıb.

Mənbə: axar.az