Litva ruslar üçün vətəndaşlıq müraciətlərini dayandırır

Litva ruslar üçün vətəndaşlıq müraciətlərini dayandırır<span class="qirmizi"></span>

Litva Seymi birinci oxunuşda Rusiya və Belarus vətəndaşlarından respublika vətəndaşlığına qəbul üçün müraciətlərin qəbulunu və artıq verilmiş ərizələrə baxılmasını dayandıran qanun layihəsini qəbul edib.

SİA-nın əldə etdiyi məlumata görə, qanun layihəsinin lehinə 113 deputat səs verib, 9 deputat bitərəf qalıb. Maraqlıdır ki, bir dənə də olsun əleyhinə səs verilməyib.

Dəyişikliklərin müəllifləri, daxili işlər naziri Agne Bilotaite və Seymin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Laurinas Kasciunasın sözlərinə görə, “bu məhdudlaşdırıcı tədbir Litva Respublikasının vətəndaşlığını almaq imkanının ləğvini təklif etmir, yalnız vətəndaşlığa qəbul haqqında ərizələrin və qərarların qəbulu müvəqqəti dayandırılsın”.

Həmçinin, ruslar və belaruslar üçün qanun layihəsinə əsasən, vətənlərində təqib olunma təhlükəsi ilə üzləşən yaşayış icazəsi sahibləri istisna olmaqla, Litvada daşınmaz əmlakın alınmasına müvəqqəti qadağa tətbiq edilir.

Bundan əlavə, sənədlərin Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə təqdim edildiyi hallar istisna olmaqla, ölkə Litvanın xaricdəki viza xidmətlərində vizalar, o cümlədən milli vizalar üçün müraciətlərin qəbulunu dayandırır.

Qeyd edək ki, qanun layihəsinin qüvvəyə minməsi üçün Seym onu ​​ikinci oxunuşda təsdiq etməlidir.

Ağasəf Babayev

Mənbə: sia.az