Sandu təsdiqlədi: Moldovanın dövlət dili dəyişdirildi

Moldova Prezidenti Maya Sandu dövlət dilinin adının moldav dilindən rumın dilinə dəyişdirilməsi ilə bağlı parlamentin qərarını təsdiqləyib.

Axar.az xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində məlumat verib.

"Bu gün mən tarixi və təkzibedilməz həqiqəti təsdiq edən qanun elan etdim: Moldovanın dövlət dili rumın dilidir. Mən istəyirəm ki, rumın dili bizim burada yaşayan və bu torpağı sevən hamımızı birləşdirsin", - Sandu bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanın Israildəki səfirliyi bu tarixdə açılacaq

SONRAKI XƏBƏR

Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb