Deputat: "Oqtay Əliyevlə görüşməyi planlaşdırırdıq, qismət olmadı"

Deputat: "Oqtay Əliyevlə görüşməyi planlaşdırırdıq, qismət olmadı"<span class="qirmizi"></span>

"Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış rejissor Oqtay Əliyevin yol qəzası nəticəsində dünyasını dəyişməsi xəbərini oxumaq da və buna inanmaq da çox çətin və kədərlidir. Uzun müddət şəxsi tanışlığımız olan Oqtay müəllim ilə yalnız mədəniyyət və incəsənət deyil eyni zamanda ictimai məsələlər ilə bağlı da fikir mübadiləsi aparmaq hər zaman çox maraqlı və faydalı idi. Sonuncu dəfə- Novruz Bayramından öncə telefon danışığımızda bu Ramazan ayında görüşməyi planlaşdırdıq. Qismət olmadı".
Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
"Oqtay Əliyev dünyasını dəyişsə də əminəm ki, onun yaratdığı əsərlər hələ uzun müddət tamaşaçılar tərəfindən izlənəcək və seviləcək. Allahdan Oqtay Əliyevə rəhmət, qəzada yaralanan Dilarə Əliyeva və Mehriban Zəkiyə isə şəfa diləyirəm" - deputat qeyd edib.

Mənbə: pravda.az