Xarkova "Qəhrəman şəhər" adı verildi

Ukrayna Prezidenti Volodimir Zelenski Xarkovu “Ukraynanın Qəhrəman şəhəri” fəxri nişanı ilə təltif edib.

Tutul şəhərin meri İqor Terexova təqdim edilib.

Bildirilir ki, “Ukraynanın Qəhrəman şəhəri” fəxri nişanının hazırlanması haqqında fərmanı Zelenski dünən, martın 21-də imzalayıb.

Zelenski həmçinin qeyd edib ki, o, Xarkov vilayətində müşavirə keçirib və iclasda region ərazilərinin bərpası, istehkamların təşkili, infrastrukturun bərpası və zərərçəkmiş sakinlərə yardımın göstərilməsi məsələləri müzakirə olunub.(modern.az)

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Şimali Koreya Yapon dənizi istiqamətinə qanadlı raket atdı

SONRAKI XƏBƏR

Medvedev: “Nüvə münaqişəsi təhlükəsi artıb”