Qərbi azərbaycanlıların Ermənistana qaytarılması məsələsinə Moskvadan REAKSİYA

Rusiya Xarici İşlər Nazirliyi qərbi azərbaycanlıların Ermənistan ərazisinə qaytarılması məsələsinə münasibət bildirib. 

Bu barədə XİN-in sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, bu mövzuya Bakı və İrəvan arasında dialoq çərçivəsində iki xalqın barışması kontekstində baxılmaldır.

Zaxarova qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin əsasını kompleks üçtərəfli razılaşmalar təşkil edir:

“Bu razılaşmalar humanitar problematikanı da əhatə edir. Bu gün üçün Bakı və İrəvanın başlıca vəzifəsi bu razılaşmaların bəndlərinin ardıcıl reallaşdırılmasıdır”.

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Ronaldo dünya rekorduna imza atdı

SONRAKI XƏBƏR

Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı