Pentaqon: "Vaşinqton Moskva və ya Pekinlə müharibəni qaçılmaz hesab etmir"

Pentaqon: "Vaşinqton Moskva və ya Pekinlə müharibəni qaçılmaz hesab etmir"<span class="qirmizi"></span>

Rusiya və Çinin maraqları milli təhlükəsizlik baxımından ABŞ-ın maraqları ilə toqquşsa da, Vaşinqton Moskva və ya Pekinlə müharibəni qaçılmaz variant hesab etmir.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ ordusu generalı və Pentaqonun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli deyib.

“Həm Çin, həm də Rusiya bizim maraqlarımızı və həyat tərzimizi təhdid etmək imkanına malikdir. Bununla belə, Rusiya və ya Çinlə müharibə nə yaxın, nə də qaçılmazdır”, - general izah edib.

Xatırladaq ki, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru və ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Rusiya ilə Çinin yaxınlaşmasını Baydenin strateji səhvi adlandırmışdı.

 

Mənbə: publika.az