Putin həbs orderinə baxmayaraq, BRİKS sammitinə DƏVƏT OLUNDU

Cənubi Afrika Respublikasının xarici işlər naziri Naledi Pandor Rusiya prezidenti Vladimir Putinin avqustda bu ölkədə keçiriləcək BRİKS sammitinə dəvət olunduğunu təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə “EFE” agentliyi məlumat yayıb.

XİN rəhbəri bildirib ki, “BRİKS” liderlərindən biri olan prezident Putin, hətta Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs orderinə baxmayaraq sammitə dəvət olunub.

"Əvvəllər mən dəfələrlə dünya problemlərində ikili standartlara işarə etmişəm. Münaqişələrdə iştirak edən bir çox başqa ölkələr var, lakin BCM onların heç biri ilə maraqlanmayıb", - deyə nazir qeyd edib.

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Rusiyalı məşhur bloqer xarici agent elan olundu

SONRAKI XƏBƏR

Məşhur yürüşdə Güllü Muradova mahnı oxuyacaq