"Kreml təkcə Ukraynaya qarşı deyil, bütün Avropaya qarşı revanşa hazırlaşır"

"Kreml təkcə Ukraynaya qarşı deyil, bütün Avropaya qarşı revanşa hazırlaşır"<span class="qirmizi"></span>

"Rusiya Avropada diversiyalar törətməklə diqqəti Ukraynadakı müharibədən yayındırmağa cəhd edir..."

"Vaqner" muzdluları adi hərbi cinayətkarlardır, təşkilatın özü isə Rusiyanın Ukraynada terrorçu hərbi kampaniyasının mühüm komponentlərindən biridir..."

Rusiya Federasiyası sabitliyi pozmaq üçün öz agenturasını Avropaya göndərməyi planlaşdırır

Rusiya vəziyyəti siyasi cəhətdən pozmaq və hətta diversiya və təxribatlar törətmək üçün öz agentlərini birbaşa göndərməklə Avropada sabitliyi pozmağa ümidlərini itirmir.

Moderator.az xəbər verir ki, bu barədə "polskienowiny" nəşri yazıb.

Məlumatda deyilir ki, bu günlər bəlli olub ki, Rusiyanın "Vaqner qrupu" özəl hərbi şirkətinin muzdlusu Moldovaya keçməyə cəhd edib. Moldovanın sərhəd polisinin məlumatına görə, o, identifikasiya edilib və ölkəyə buraxılmayıb.

Qeyd edilir ki, "Vaqner"in muzdluları ən adi hərbi cinayətkarlardır, təşkilatın özü isə Rusiyanın Ukraynada terrorçu hərbi kampaniyasında ən nəzərəçarpan və ən mühüm komponentlərindın biridir.

Nəşr məlumat verib ki, Kreml "Vaqner" muzdlularını Avropaya göndərəndə, oraya "gec partlayan mina" yerləşdirmək və sonradan Avropada sabitliyi pozmaq və imkan daxilində onu "partlatmaq" məqsədini güdür.

Analitiklər qeyd edib ki, Rusiya Avropanın müxtəlif ölkələrində diversiyalar törətməklə diqqəti Ukraynadakı müharibədən yayındırmağa və cəbhədə öz uğursuzluqlarını pərdələməyə cəhd edir.

Rusiyalılar artıq Moldovada çevriliş planlaşdırıb, Kreml Rusiyapərəst qüvvələrdən, hüquq-mühafizə orqanlarının sabiq əməkdaşlarından, habelə Rusiya, Belarus və Balkan yarımadası ölkələrinin vətəndaşlarından istifadə etməyi planlaşdırıb.

Diversantlar çevriliş üçün ölkəyə serb futbol azarkeşləri adı altında daxil olmalı olub. Moldovada sabitliyi pozmaq üçün analoji cəhdlər ötən il də olub və belə cəhdlərin arxasında Rusiya xüsusi xidmət orqanları dayanır. Onlar öz məqsədləri üçün Moldovanın Rusiyayönümlü partiyalarından istifadə edib

Rusiyanın hibrid təhlükəsi Avropanı agentlərlə, terrorçularla, yaraqlılar və muzdlularla doldurulması, Rusiya tərəfindən mitinqləriə, kütləvi toplantılara sövq edilməsi, hakimiyyətin devrilməsinə və ölkələrdə sosial-siyasi xaosa gətirə biləcəyindən ibarətdir.

Hazırda Balkanlarda və bütövlükdə Avropada iğtişaşlar fəallaşa bilər, bu da Rusiyaya sərfəlidir. Gərginlik zonaları yaratmaq mümkün olan bütün ocaqlarda rusiyalılar fəallaşır və diqqəti Rusiyanın Ukraynaya qarşı müharibəsindən yayındırmağa çalışır.

Mənbə: moderator.az