Rusiya ordusu Dneprin sol sahilindən də geri çəkilir

Rusiya ordusu Dneprin sol sahilindən də geri çəkilir<span class="qirmizi"></span>

Rusiya ordusunun bütün bölmələri Xerson vilayətində Dnepr çayının sol sahilində yerləşən Novaya Kaxovkanı tərk ediblər.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, rusiyalı hərbçilər şəhəri tərk etməzdən əvvəl soyğunçuluq məqsədilə yerli əhalinin evlərini dolaşıblar. Belə ki, işğalçılar dinc əhalidən külli miqdarda məişət və elektron avadanlıqları, qızıl-zinət əşyalarını, geyim və mobil telefonları müsadirə ediblər.

Xatırladaq ki, Ukrayna hərbçiləri əks hücuma hazırlaşırlar. Hücumun yaz-yay aylarında başlayacağı gözlənilir.

Mənbə: rbc.ua

Mənbə: www.oxu.az