11 il sonra Səudiyyə Suriyada səfirlik açır

Suriya və Səudiyyə Ərəbistanı qarşılıqlı şəkildə səfirliklərini açmağı planlaşdırırlar.

Axar.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və bir sıra ölkələr 2012-ci ildə Prezident Bəşər Əsəd rejiminin apardığı siyasətə etiraz olaraq Suriyada diplomatik nümayəndəliklərin fəaliyyətini dayandırmışdı.

Hazırda bir sıra ərəb ölkələri Suriyanın Ərəb Liqasına qaytarılması üçün səylər göstərir.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Valideynlər uşaqlarını niyə peşəyə yox, ölümə yönləndirirlər? - VİDEO

SONRAKI XƏBƏR

Ukraynaya məxsus Su-24 təyyarəsi vuruldu