"Bu ilin aprel ayında polşalılar sülhdən məhrum olacaq..."

"Bu ilin aprel ayında polşalılar sülhdən məhrum olacaq..."<span class="qirmizi"></span>

"Polşanın Pşemısl şəhərində iyun ayında küçələrdə hərbçiləri görürəm..."

"Çin və Rusiya dünya nizamını pozmaq istəyir, ona görə də Ukraynadakı münaqişə bütün dünyaya yayıla bilər..."

Polşalı öncəgörən Yatskovski ölkədə hərbi əməliyyatları proqnozlaşdırıb

Polşanın Çluxuva şəhərindən olan öncəgörən Kşiştof Yatskovski daima bəşəriyyətin gələcək taleyi barəsində özünün proqnozlarını pərəstişkarları ilə bölüşür.

Moderator.az xəbər verir ki, bu barədə Polşanın "İnteria" nəşri yazıb.

O, deyib ki, Polşa hərbi əməliyyatlarda iştirak edəcək. Ekstrasens ölkədə baş verəcək hadisələrin konkret tarixi və yerlərini göstərib.

Çin liderinin Rusiyaya səfərinə həsr edilən yeni videosunda öncəgörən diqqətini hərbi problemlərə yönəldib.

Yatskovskinin sözləri həyəcanlı səslənir, çünki o, Rusiyanın Ukrayna ilə münaqişəsinin kəskinləşməsindən və onun bütün dünyaya yayılmasından danışılır.

Öncəgörənin fikrincə, Qərb ölkələri hərbi əməliyyatları istəmir, çünki onlar dünyanın indiki nizamını poza bilər. Lakin müharibə istənilən an baş verə bilər, ona görə ki, Çin və Rusiya bu dünya nizamını dəyişmək istəyir.

Yatskovskinin mümkün münaqişədə Polşanın yeri barədə qanı donduran sözləri belə səslənir: "Polşada bu münaqişəyə cəlb edilmək barədə ciddi danışmağa başlanılacaq. Biz buna hazırlaşacağıq. Hazırlanmış plan var.

Rusiyanın Ukraynaya hücumlarının aktivləşməsi baş verərsə, bu plan işə düşəcək, Polşa qarşısında müəyyən vəzifə dayanacaq.

O zaman biz bütün bu tarıxçəyə bizim cəlb edilməyimizin xoşumuza gəlib-gəlməməyimizi dəyərləndirə biləcəyik", - öncəgörən deyib. Bu zaman o, bəyan edib ki, artıq apreldə "polşalılar sülhdən məhrum ediləcək".

Yatskovskinin öncəgörənliyi. Apreldə nə baş verəcək?

Yatskovski hesab edir ki, Polşa zonalara bölünəcək. Orada təhlükəsizliyin müxtəlif səviyyələri təmin ediləcək. Öncəgörən təhlükəsizliyi təmin edən hərbçiləri və polisi görüb. Xüsusilə sərt rejimi olan zonalarda xüsusi sərəncamlar veriləcək, buna uyğun olaraq avtomobil sahibləri onları dövlətin xeyrinə verəcək.

"Məndə belə təəssürat yaranıb ki, başqa ölkələr qeyri-rəsmi bizim ölkəyə dəstək təklif edir. Bu dəstək nəzəri xarakter daşıyır", - öncəgörən deyib.

Həyəcanlanan Kşiştof Yatskovskinin fikrincə, bu, baş verərsə, Polşa heç vaxt əvvəlkitək olmayacaq. Çox şeylər dəyişəcək. "Biz hansısa tərzdə iki xalqa məxsus olacağıq", lakin məhz hansı xalqlar olduğunu dəqiqləşdirməyib. İnsanlar etiraz etmək, səs vermək hüququndan məhrum olacaq.

Yatskovski Polşanın konkret iki şəhəri haqqında

Yatskovski iki şəhərin gələcəyini proqnozlaşdırıb. İlk olaraq xəyalından Pşemısl keçib. "Orada hansısa mühüm məntəqə, zümrə olacaq. Mən iyun ayında küçələrdə hərbçiləri görürəm", - öncəgörən deyib.

Yatskovski bir də Şetsin şəhərini görüb. Orada daha sakitlikdir. "Şetsin sakinləri üçün bu, yaxşı il olacaq. Coğragi mənada deyirəm, çünki bu, Polşanın kifayət qədər təhlükəsiz rayonu olacaq və ölkədə hökm sürəcək qorxu ona toxunmayacaq".

Mənbə: moderator.az