Almaniyanın XİN başçısı Gürcüstanda səfərdədir

Almaniyanın XİN başçısı Gürcüstanda səfərdədir<span class="qirmizi"></span>

Almaniyanın xarici işlər naziri Annalena Berbok Gürcüstana ikigünlük rəsmi səfərə gəlib.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin feysbuk səhifəsində məlumat verilib.

Bildirilib ki, almaniyalı diplomatı hava limanında Gürcüstan XİN başçısının müavini Xatuna Totladze qarşılayıb.

Ölkəyə səfəri çərçivəsində Almaniyanın baş diplomatı hökumət başçısı İrakli Qaribaşvili və Prezident Salome Zurabişvili ilə görüşəcək. A. Barbek həmçinin təmas xəttinə yollanacaq, oradakı durumla tanış olacaq.

Qeyd olunub ki, bu Annalena Berbokun Gürcüstana ilk rəsmi səfəridir.

Mənbə: report.az