Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib

Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib<span class="qirmizi"></span>

Böyük Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib.

“Report” xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tvitterdə yazıb.

O qeyd edib ki, praktiki təlimlər BMT-nin nizamnaməsinə uyğun davranış qaydaları və silahlı münaqişə hüququ kimi mövzuları əhatə edib.

Diplomatın sözlərinə görə, 4 həftəlik Çoxmillətli Sülhü Dəstək Əməliyyatları Kursu martın 24-də başa çatıb.

Mənbə: report.az