“Qazprom Ermənistan” QSC-nin İdarə Heyətinin prezidenti Qrant Tadevosyan ölüb.
Publika.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib. Onun 60 yaşı var idi.
“Təəssüf hissi ilə nəzərinizə çatdırırıq ki, martın 24-də İdarə Heyətinin prezidenti - “Qazprom Ermənistan” QSC-nin baş direktoru Qrant Tadevosyan 60 yaşında vəfat edib”, - məlumatda deyilir.
Hrant Tadevosyan 2016-cı ilin oktyabrında şirkətin İdarə Heyətinin prezidenti vəzifəsinə seçilib.
Mənbə: publika.az