İranın molla rejimi insanlığa düşmən kəsilib - Sahil Kərimli

İran nəinki bölgə ölkələri üçün, bütün dünya üçün ciddi təhdid yaradan ölkədir. İranın molla rejimi insanlığa düşmən kəsilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

S.Kərimli rəsmi Tehranın uzun illərdir öz xalqına zülm etdiyini, insan haqqlarını kobud şəkildə pozduğunu, amansız repressiyalara məruz qoyduğunu bildirib. Onun sözlərinə görə, İran siyasi rəhbərliyi bu aqressiv siyasəti bölgə ölkələrinə, xüsusilə də Azərbaycana qarşı da sərgiləyir.

"Azərbaycan dövlətinə qarşı düşmənçilik siyasəti Qarabağ Zəfərindən sonra daha açıq müstəviyə keçib. Sərhədlərimiz boyu keçirilən təlimlər, səsləndirilən sərsəm bəyanatlar, təhdid və hədələr, bir müddət əvvəl isə Tehrandakı səfirliyimizə qarşı terror aktı İranın əsl mahiyyətini və məqsədini ortaya qoyur. İranın terrorçuluğu açıq dəstəkləməsi, terrora qucaq açması təkcə region üçün deyil, bəşəriyyət üçün təhlükədir. Son günlər İranın ölkəmizə qarşı təhdidləri daha da artıb. Görünür, molla rejimi Azərbaycanın hərbi siyasi qüdrətini və bölgədə yaratdığı yeni reallığı düzgün qiymətləndirə bilmir", - deyə Sahil Kərimli qeyd edib.

Onun fikrincə, İran hakimiyyət dairələri anlamalıdır ki, Azərbaycan öz möhtəşəm qələbəsi ilə dünyanı heyrətləndirən ölkədir. Əgər ölkəmizin suverenliyinə qarşı hər hansı təhlükə olarsa, fərqi yoxdur, Ermənistan, İran və ya başqa ölkə tərəfindən, Azərbaycan dövləti bunun qarşısını qətiyyətlə almağa hazırdır. Bu reallığı xüsusilə rəsmi Tehran unutmasın.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Xəzər sahilindən qanunsuz qum daşınır: Dəmiryolu xətti üçün ciddi TƏHLÜKƏ - VİDEO

SONRAKI XƏBƏR

Naxçıvan Ali Məclisinin deputatları Strasburqa gediblər