Ərbakanın oğlu “Cumhur İttifaqı”na qoşuldu

Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakaın rəhbərlik etdiyi Yenidən Rifah Partiyası "Cumhur İttifaqı"na qoşulub.

"Unikal" xəbər verir ki, partiya nümayəndələri ittifaq protokolunu Ali Seçki Komissiyasına təqdim ediblər. Yenidən Rifah Partiyası dördüncü partiya kimi "Cumhur İttifaqı"nın tərkibində seçkilərdə iştirak edəcək.

İndiyədək "Cumhur İttifaqı"nda Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) təmsil olunurdu.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Bu nəhəng bankın səhmləri qəflətən ucuzlaşdı

SONRAKI XƏBƏR

Pakistanlı ekspert: “Demokratiya Sammiti”nin demokratik dəyərlərlə heç bir əlaqəsi yoxdur”