Bakıdan 4 təklif paketi almışıq – İrəvan

Ermənistan Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı ümumilikdə dörd təklif paketi alıb və cavab olaraq Bakıya üç sənəd göndərib.

Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentin iclasında deyib.

Mirzoyanın sözlərinə görə, İrəvan sonuncu paketi Bakıdan bir müddət öncə alıb, hələ də buna cavab verməyib.

Erməni nazir bildirib ki, tərəflər bir çox məsələlərdə ideal olmasa da, ən azı qarşılıqlı məqbul formalar tapmağa nail olublar:

“Danışıqlar faktiki olaraq vasitəçisiz aparılır, ikitərəfli hesab oluna bilər”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Ramazanın 3-cü gününün duası - İmsak və iftar vaxtı

SONRAKI XƏBƏR

Azərbaycanla BMT arasında bu mühüm məsələlər müzakirə olundu