Almaniya və Şimali Makedoniya Putinin həbsinə razılıq verdi

Almaniya və Şimali Makedoniya Putinin həbsinə razılıq verdi<span class="qirmizi"></span>

Almaniya və Şimali Makedoniya Beynəlxalq Cinayət Məhkəməsini tam dəstəkləyir.

Xeberoxu.Az Xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı hər iki ölkənin xarici işlər nazirləri bildiriblər.

Almaniyanın xarici işlər naziri Annalena Berbok Şimali makedoniyalı həmkarı Buyar Osmani ilə birlikdə Rusiya prezidenti Vladimir Putinin həbsi üçün Haaqa Beynəlxalq Məhkəməsinin (ICJ) verdiyi həbs qərarına dəstək verib.

Berbok Skopyeyə səfəri zamanı deyib: “Heç kim Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsindən, beynəlxalq humanitar hüquqdan üstün deyil, heç kim cəzasız qalaraq müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər törədə bilməz”. “Ona görə də biz hazırda həbs qərarı ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsini dəstəkləyirik”, - o əlavə edib. Bundan əvvəl Almaniya kansleri Olaf Şolz da oxşar bəyanatla çıxış edib.

Berbok Almaniyanın hərbi cinayətlərin cəzasız qalmaması üçün yaradılmış Beynəlxalq Cinayət Məhkəməsini tam dəstəklədiyini bildirib. Burbok, "Bəzən vaxt, bəzən onilliklər tələb edir" dedi. Osmani Şimali Makedoniyanın da müharibənin əvvəlindən Rusiyanın Ukraynaya müdaxiləsini pisləyərək, Aİ-nin bütün sanksiya paketlərinə qoşulduğunu xatırladıb.

 

Mənbə: xeberoxu.az