"Dünya Ukrayna münaqişəsində Çini dinləməlidir" - Sançes

Dünya Ukrayna münaqişəsi ilə bağlı Çinin mövqeyini dinləməlidir.

Teleqraf.com "Reuters"ə istinadla xəbər verir ki, bunu İspaniyanın baş naziri Pedro Sançes mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu, münaqişənin həllinə kömək etmək üçün edilməlidir.

Ötən gün Sançes gələn həftə Çinə dövlət səfəri zamanı Çin prezidenti ilə Ukraynada sülhün əldə olunması imkanlarını müzakirə edəcəyini bildirib.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Makron Avropa Komissiyasının sədri ilə Çinə səfər edəcək

SONRAKI XƏBƏR

Zurabişvili: Gürcü xalqı Aİ-dən ikinci rədd cavabını qəbul edə bilməyəcək