Skandinaviya ölkələri 250 döyüş təyyarəsinin daxil olduğu donanmanı birgə idarə edəcək

Skandinaviya ölkələri 250 döyüş təyyarəsinin daxil olduğu donanmanı birgə idarə edəcək<span class="qirmizi"></span>

Skandinaviya ölkələri 250 döyüş təyyarəsinin daxil olduğu donanmanı birgə idarə edəcək

İsveç, Danimarka, Norveç və Finlandiya hava qüvvələri təxminən 250 döyüş təyyarəsini vahid hava donanması şəklində idarə etmək barədə razılığa gəliblər.

Bu barədə Finlandiya və Danimarka hava qüvvələri bəyanat yayıb.

Bildirilib ki, İsveç, Finlandiya, Norveç və Danimarka Hərbi Hava Qüvvələrinin komandanları martın 16-da daha dərin əməkdaşlığa dair niyyət bəyannaməsi imzalayıblar.

"Yekun məqsəd artıq məlum NATO metodologiyasına əsaslanan birgə hava əməliyyatları üçün Nordik konsepsiyasını inkişaf etdirməklə bir qüvvə kimi birlikdə problemsiz fəaliyyət göstərə bilməkdir”, - Danimarka Hərbi Hava Qüvvələrindən bildirilib.

Qeyd olunub ki, əməkdaşlıq inteqrasiya edilmiş komandanlıq və nəzarət, əməliyyat planlaşdırması və icrası, qüvvələrin çevik yerləşdirilməsi, hava məkanında birgə müşahidə və təlimi əhatə edəcək.

Mənbə: moderator.az