Bu görüntülərlə bağlı xəbərdarlıq – Fotolar

Bu görüntülərlə bağlı xəbərdarlıq – Fotolar<span class="qirmizi"></span>


ABŞ-ın keçmiş Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin həbs olunduğunu əks etdirən saxta görüntülər yayılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, həmin fotolar sünu intellekt vasitəsilə hazılanıb. Real şəkillərdən az fərqlənən saxta görüntülərlə bağlı danışan mütəxəssislər izləyənləri diqqətli olmağa çağırıb. Şəkillər getdikcə mürəkkəbləşən və geniş şəkildə əlçatan olan süni intellektlə işləyən görüntü generatorları ilə hazırlanıb.
Qeyd edək ki, yayılan saxta görüntülərdə Donald Trampla Nyu-York polisi arasında qarşıdurma baş verir.
Rusiya Prezidenti Vladimir Putinin isə beton kameranın barmaqlıqları arxasında dayandığı görünür.
Məlumat üçün deyək ki, son günlər həm Putinin həm də Trampın həbs olunma ehtimalı ilə bağlı xəbərlər yayımlanıb.


Mənbə: www.yeniavaz.com