"Hadrutda yaşamağa gedəcəyik, amma ermənininki olsa" - İrəvanda aksiya

"Hadrutda yaşamağa gedəcəyik, amma ermənininki olsa" - <span class="qirmizi">İrəvanda aksiya</span>

Hadrutda yaşamağa gedəcəyik, amma Hadrut erməninindirsə, Əliyevlə nə edəcəyik?

Bunu bu gün Ermənistan hökumətinin binası yaxınlığında keçirilən aksiya zamanı Qarabağdan köçən ermənilərdən biri deyib.

Qeyd edək ki, hadrutlulara onların təhlükəsizliyini təmin edəcək erməni və azərbaycanlı polislərin olacağına dair təminat verildiyi bildirilib.

Bunu eşidən erməni qadın “Türk polisi bizə nəyə lazımdır? Türkləri yaxşı tanıyırıq”, deyib.

“Yoldaşım 1993-cü ildə türklərin əlində öldü, meyitini belə görmədim, mən türklə necə birlikdə yaşayım?

Hadrutda yaşamağa gedəcəyik, amma Hadrut erməninin olsa, Əliyevlə nə edəcəyik?”, – deyə erməni cavab verib.

Mənbə: moderator.az