Cümhur İttifaqına daha bir partiya qoşuldu – Ərdoğan güclənir

Cümhur İttifaqına daha bir partiya qoşuldu – <span class="qirmizi">Ərdoğan güclənir</span>

Yenidən Rifah Partiyası (YRP) Cümhur İttifaqına qoşulmaq barədə qərar verib.

Axar.az NTV-yə istinadla xəbər verir ki, bu barədə YRP sədrinin köməkçisi Bayram Sakartəpə məlumat yayıb.

“Ölkənin və vətəndaşların maraqları naminə biz Cümhur İttifaqına qoşulmaq və 14 may seçkilərində onun tərkibində iştirak etmək qərarı verdik”, - o bildirib.

Hazırda Cümhur İttifaqında AKP, MHP, Böyük Birlik Partiyası və YRP var. Partiyalar artıq Yüksək Seçim Qurumuna seçkiyə birgə girməklə bağlı imzalanmış protokolu təqdim ediblər.

YRP-nin başqanı Fateh Ərbakan prezidentliyə namizədlikdən geri çəkildiyini də elan edib.

Qeyd edək ki, Hürr Dava Partiyası da prezident seçkilərində Ərdoğanı dəstəklədiyini açıqlayıb.

Mənbə: axar.az