Almaniya böyük ölkədir, amma az yardım edir - Polşa

Almaniya böyük ölkədir, amma az yardım edir - Polşa<span class="qirmizi"></span>

Berlinin Ukraynaya maliyyə və hərbi yardımı Almaniyanın iqtisadi potensialı ilə müqayisədə çox kiçikdir.

Axar.az xəbər verir ki, bunu Polşa Baş naziri Mateuş Moravetski deyib.

Onun sözlərinə görə, AB-nin ən böyük iqtisadiyyatı daha fəal hərəkət etməli və Ukraynaya yardımın lokomotivi olmalıdır:

“Almaniya Avropanın ən zəngin və ən böyük ölkəsi olduğu üçün Berlin daha ​​çox silah, daha çox sursat və daha çox pul verməlidir. Onlar lazım olduğu qədər səxavətli deyil. Mən hələ də onları buna çağırıram”.

Mənbə: axar.az