ABŞ və AB ilk dəniz təlimlərini keçirdi

ABŞ və AB ilk dəniz təlimlərini keçirdi<span class="qirmizi"></span>

ABŞ və Avropa Birliyi (AB) ilk dəfə birgə dəniz təlimləri keçirib.

Axar.az xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat xidməti məlumat verib.

Martın 23 və 24-də keçirilən təlimdə ABŞ-dan “USS Paul Hamilton”, həmçinin İspaniyanın “Reina Sofia” və İtaliyanın “Carlo Bergamin” gəmləri iştirak edib.

Mənbə: axar.az