Pedro Sançez Çinə gedir

Pedro Sançez Çinə gedir<span class="qirmizi"></span>

İspaniya baş naziri Pedro Sançez Çinə səfər edəcək.

Səfər gələn həftə baş tutacaq.

Səfər zamanı o, Çin lideri Si Cinpinlə görüş keçirəcək.

"Çin qlobal oyunçudur, ona görə də açıq-aydın biz onun səsini dinləməliyik", - Sançez Pekinə dövlət səfərindən əvvəl deyib.

Qeyd edək ki, bir neçə ay əvvəl Almaniya kansleri Olaf Şolts Çinə səfər edib. Aprelin əvvəlində isə Fransa Prezidenti Emmanuel Makron Pekinə gedəcək.

Mənbə: moderator.az